"Xoşbəxtliyə İkinci Şans” Kouçinq Proqramı
Boşanmanızın pəncələrində ilişib qalmış, başınızı itirmiş və yüklənmiş hiss edirsiniz?
İstər boşanma barədə düşünür, hal-hazırda boşanır və ya artıq boşanmısınızsa,
"Xoşbəxtliyə İkinci Şans” Kama Ahmad imzalı 6 aylıq Kouçinq Proqramı sizin müəyyənliyə, özünəinama və çiçəkləməyə aparan yolunuzdur.
Təsəvvür edin ki:
- Bundan 6 ay sonra yuxudan oyanırsınız və artıq boşanmanın ağır yükünü daşımadan daha yüngül, daha güclü və daha inamlı hiss edirsiniz.
- Maliyyə cəhətdən stabilsiniz və arzularınızdakı kimi dolğun bir həyata sahibsiniz
- Siz artıq həyatda qalmağa çalışmırsınız – əksinə karyeranızda, sağlamlığınızda, münasibətlərinizdə və şəxsi inkişafınızda uğur qazanırsınız.
- Həyatınızda hüzuru və sevinci bərpa etmisiniz.
İkinci Şans sadəcə proqram deyil, qürur duyacağınız bir həyatı yaratmaq üçün fürsətinizdir.
Əgər Siz:
- Boşanmanızda ilişib qaldığınızı hiss edirsinizsə, günahkarlıq, qorxu və qeyri-müəyyənlik hisslərindən əziyyət çəkirsinizsə,
- Həyatınıza sıfırdan başladığınızı hiss edir və onu yenidən qurmağa haradan, necə başlayacağınızı bilmirsinizsə,
- Hüzur, sevinc, müəyyənlik və gələcəyinizi kontrol hissini arzu edirsinizsə, o zaman bu proqram tam SİZİN üçündür.
Bu proqramla nə əldə edəcəksiniz:
- Özünəinamınızı və müəyyənlik hissinizi bərpa edəcək, özünüzün ən güclü və ən xoşbəxt versiyanızı kəşf edəcəksiniz
- Daha şüurlu tanışlıqlar və münasibətlər qura biləcəksiniz
- Maliyyə müstəqilliyi, stabillik, karyera yüksəlişi, xoşbəxtlik və uğurla bol yeni, maraqlı həyat yaradacaqsınız
Proqrama nə daxildir:
- 24 Həftəlik Fərdi Kouçinq
- Eksklüziv Resurslar: Sizə dəstək olacaq elektron kitablar, çalışmalar, audiokurslar və videolar.
- Resurslara ömürlük izin: Davamlı böyümə üçün bütün materialları saxlamaq izni.
- İcma Dəstəyi: Sizinlə bənzər təcrübədən keçən qadınlardan ibarət qrupa giriş.
Əgər “doğru zamanı” gözləməyə davam etsəniz, layiq olduğunuz həyatı yaratmaq fürsətini əldən verə bilərsiniz. Bu proqram ayağa qalxıb küllərindən doğulmaq, özünü yenidən yaratmaq və çiçəklənmək üçün fürsətdir. Boşanma üzrə 12 illik şəxsi, 6 illik peşəkar təcrübəmlə, CDC Sertifikasiyalı Boşanma Kouçu kimi mən yüzlərlə qadına boşanmadan sonra həyatlarını dəyişməyə kömək etmişəm. İndi növbə sizindir.
Bizimlə əməkdaşlıq