Təsisçimiz Kama Ahmad
Kama Ahmad 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetini bakalavr və magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə iş həyatına başlayan Kama Ahmad sonradan bir sıra yerli və xarici şirkətlərdə İnzibati və İnsan resursları şöbələrində çalışmış, rəhbər vəzifələrə qədər yüksəlmişdir. 14 illik korporativ, ümumilikdə 21 illik təcrübəyə malikdir. Hal-hazırda Kama Ahmad Coaching and Motivational Speaking MMC-nin təsisçi direktorudur.
Kama Ahmad Azərbaycana boşanma kouçluğu sahəsini gətirən ilk və yeganə beynəlxalq təhsilli mütəxəssisdir. O, dünyanın ən nüfuzlu kouçluq məktəblərində təhsil almış və geniş təcrübə qazanmışdır. O, Peşəkar Kouç, Boşanma Kouçu, Cütlüklər və Subayların Münasibət Kouçu kimi bir sıra peşəkar sertifikasiyalara malikdir.
Kama Ahmadın təhsili və praktik təcrübəsi ona müştərilərinə yüksək səviyyədə, etibarlı və peşəkar xidmət göstərmək imkanını verir.
2019-cu ildən peşəkar kouç kimi fəaliyyət göstərən Kama Ahmad, boşanma və münasibət problemləri ilə qarşılaşan insanlara öz həyatlarını yaxşılaşdırmağa və müsbət dəyişikliklər etməyə ilham verir. Xüsusilə qadınlarla işdə ixtisaslaşan Kama Ahmad müştərilərinə həyatlarında həqiqi və davamlı dəyişikliklər yaratmaqda kömək edir.
Missiyamız sizin şəxsi və peşəkar həyatda uğurunuzdur.
Məqsədimiz İnsanlara həyatlarında görmək istədikləri mənalı dəyişiklikləri etməyə, potenasiallarını tam reallaşdırmağa, ən yaxşı kimliklərini təyin etməyə və çətin həyati vəziyyətlərdə bu kimliyə sadiq qalmağa kömək etməkdir. Biz inanırıq ki, doğru peşəkar dəstəklə dəyişim də, münasibətlər də daha rahat ola bilər.
Vizyonumuz müştərilərin güvənərək seçdiyi daim inkişaf edən nömrə 1 Kouçinq və Motivasiya şirkəti olmaqdır. Biz müsbət dəyişikliklər zəncirinin əsas halqası olmağı hədəfləmişik!
Güvən, Dürüstlük, Peşəkarlıq, Konfidensiallıq, Münasibətlər, İnkişaf
Kouçinq Nədir?
ICF kouçinqi müştərilərlə onların şəxsi və peşəkar potensiallarını maksimum dərəcədə artırmaq üçün ruhlandıran, düşündürücü və yaradıcı prosesdə tərəfdaşlıq kimi müəyyən edir. Kouçinq prosesi əvvəllər istifadə olunmamış təxəyyül, məhsuldarlıq və liderlik mənbələrini üzə çıxarır. Ətraflı
Hamımızın nail olmaq istədiyimiz məqsədləri, öhdəsindən gəlməyə çalışdığımız çətinliklər və ilişib qaldığımız zamanlar olur. Kouç ilə əməkdaşlıq həyatınızı dəyişə bilər, sizin daha çox şəxsi və peşəkar reallaşmağınızla nəticələnə bilər. Kouçinq fəlsəfəsinə əsasən hər bir insan arzu etdiyi şəxs olmağa, istədiyini etməyə və istədiyinə nail olmağa qadirdir.
Biz indiyə kimi 700-ə yaxın insana fərqli hədəflərinə çatmağa kömək etmişik.