Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Subay İnsanlar üçün Şüurlu Tanışlıq® (Conscious Dating® for Singles) proqramı

Subay İnsanlar üçün Şüurlu Tanışlıq® (Conscious Dating® for Singles) proqramı onlayn Münasibət Kouçinqi proqramıdır. Proqram kimlər üçündür:

  1. Uzunömürlü, ayrılığa dayanıqlı münasibət və boşanmaya dayanıqlı evlilik yaratmaq istəyən insanlar
  2. "Mən münasibətdə bacarıqsızam" deyən və münasibətləri barədə fərqindəliyini və bacarıqlarını artırmaq istəyən insanlar. Münasibətlər barədə özgüvənini, münasibət və tanışlıq zəkasını yüksəltmək istəyən insanlar
  3. Münasibətləri 2 aydan uzun sürməyən insanlar
  4. Münasibətdə tələblərini, ehtiyaclarını və istəklərini doğru və real şəkildə təyin etmək istəyən insanlar
  5. Yeni münasibət arzusunda olub, lakin harda, necə tanış ola biləcəklərini bilməyən insanlar. Münasibət qurmaq üçün plana ehtiyacı olan insanlar. Bu insanlar nə istədikləri barədə fərqindəliyə malikdirlər, lakin istədiklərini necə və harda tapa biləcəkləri barədə anlayışa sahib deyillər.
  6. Hələki münasibətə hazır olmayan, lakin xoşbəxt və uzunömürlü münasibətə hazırlaşmaq istəyən insanlar

Bu sizin sürətinizdən asılı olaraq 3-dan 6 ayadək çəkə biləcək proqramdır, həftəlik onlayn Kouçinq sessiyalar, çox sayda tapşırıqlar, onlayn qiymətləndirmələr(assesments) və testlər edəcəyik. 

Proqrama nə daxildir:
 
Onlayn Şüurlu Tanışlıq kouçinq sessiyaları (hər biri 60-90 dəqiqə)
Şüurlu Tanışlıq kitabı
Şüurlu Tanışlıq audiokursu
Şüurlu Tanışlıq workbook (çalışma kitabı)
50+ çalışma, peşəkar, elmi əsası olan testlər və qiymətləndirmələr
Onlayn Kouç dəstəyi
Proqramda İştirak Sertifikatı


Şüurlu Tanışlıq® (Conscious Dating® ) Subay insanlara həyatlarının sevgisini tapmağa və sevdikləri həyatı yaratmağa kömək etmək üçün asan, addım-addım izləyə biləcəyiniz sistemdir. Relationship Coaching Institute-un qeydə alınmış ticarət nişanı olan bu sübut edilmiş proqram RCI üzvlərinə kouçinq sessiyaları üçün struktur təmin etmək üçün lisenziyalıdır. Azərbaycanda Relationship Coaching Institute-un Relationship Coach for Singles proqramında təhsil alan, RCI üzvü olan və lisensiyazına sahib yeganə Münasibət Kouçu Kama Ahmaddır.

Proqramın Özəllikləri:

  • Proqram 27 ildən çoxdur ki, ABŞ, İspaniya, Fransa və digər ölkələrdə uğurla tətbiq olunan sübut olunmuş proqramdır
  • Bu proqramla minlərlə insan uğurlu münasibət qurmağı bacarmışdır
  • Proqram onlayndır və buna görə istənilən yerdən keçə bilərsiniz
  • Materialları pdf şəklində yükləmə imkanı, çalışmaları çox zamanınızı almayacaq şəkildə onlayn etmək, Kouçla rahat bölüşmək imkanı

Bu proqramla uğurlu münasibət bu dəfə mütləq alınacaq. Proqrama qeydiyyatdan keçmək üçün bizə [email protected] ünvanına email yollamanız kifayətdir.

Bizimlə əməkdaşlıq
© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur