Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Mənim İnsanıma Məktublar: Məktub 7: Öz həyat tamaşanı yaz və onun baş rolu ol

21 Fev 2025
Salam, Mənim İnsanım necəsən?
Sən keçmişdəki mən olduğun üçün bilirəm ki, özünü bir tamaşanın içində müəyyən rolu oynaması tələb olunan aktrisa kimi hiss edirsən. Oynadığın səhnələrə aid hiss etmirsən və çox üzülürsən.
Ən yaxşı performansını göstrəsən belə sən yenə də görülmürsən. Sən alqışlanmırsan...
Çünki, sən indi başqa insanların (sənin üçün yazdığı və səni yönətdiyi) tamaşasının əhəmiyyətsiz bir parçasısan...
Mənim İnsanım, sənə gələcəkdən bir mesajım var:
"Öz həyat tamaşanı yaz və onun baş rolu ol. Özünü seç"
Yalnız baş roldaykən əsl kimliyini və istedadını tapacaqsan. Öz həyat tamaşanda sən özünü aid hiss edəcəksən. Bir müddət izləyicin olmayacaq, amma kamilləşdikcə artacaq. Sən aid olduğun yerdə, özün kimi olduğun üçün alqışlanacaqsan. Qorxusuz, güclü və azad!
Mənim İnsanım, illərdir olduğun ssenaridən çıxmaq asan deyil, bilirəm. Qorxma, azadlığa addımla. Mən Səni burda gözləyirəm.
© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur