Salam, Mənim İnsanım.
Necəsən?
Sən keçmişdəki mən olduğun üçün bilirəm ki, keçmişin qəmli və qaranlıq tinlərində ilişib qalmısan. Gələcək adlı işıqlı küçənin yolunu heç cür tapa bilmirsən. Özüm də oralardan keçdiyim üçün ehtimal edirəm ki, sənin ağır yükün var. Sən keçmişin ağır, emosional baqajını daşıyırsan. Bu yük səni elə hey geri çəkir. İrəliləməyə qoymur...
Mənim İnsanım, Sənə gələcəkdən bir xəbərim var:
Keçmişin yükünü boşaltmadan gələcəyə irəliləyə bilməyəcəksən.
Onu boşaltmağın zamanıdır. Keçmişlə nə qədər tez vidalaşsan, arzu etdiyin gələcəklə bir o qədər tez salamlaşacaqsan.
İşdir, gələcək adlı küçənin yolunda büdrəyib yolunu işıqlandıracaq fənərə ehtiyacın olsa, mən sənə işıq ola bilərəm.