Salam, Mənim İnsanım. Necəsən?
Bilirəm ki, Sən indi mühüm bir qərarın astanasındasan. Vəziyyətinin dəyişməsi bu qərardan asılıdır. Sənsə bu qərarı verə bilmirsən, çünki Sən qorxursan. Qorxu Sənə deyir ki,
"Sən tək qalacaqsan. Ömürünün son günlərində yanında heç kim olmayacaq" və bilirəm ki, Sən tək yaşlanmaqdan çox qorxursan...
Qorxu Sənə deyir ki, bu qərarı versən,
"Sən işsiz və pulsuz qalacaqsan". Bilirəm ki, Sən bundan da çox qorxursan...
Qorxu deyir ki,
"Bu qərarı versən, başına nəsə gələcək!". Sən tək özün üçün deyil, övladın üçün də narahatsan, bilirəm...
Bilirsən, Mənim İnsanım
Qorxuya qulaq asma. Qorxuya inanma. Çünki, Qorxu yalançıdır.
Sən keçmişdəki Mən olduğun üçün Sənə gələcəkdən xəbərim var:
Qorxduğun heç bir şeyi yaşamayacaqsan. Səni indikindən daha xoşbəxt həyat gözləyir.
Harda?
Qorxudan 1 addım öndə.
Gələcəkdəki daha xoşbəxt Sənə bir şans ver:
Qorxunun üzərinə doğru o addımı at.
Mən Səni burda gözləyirəm♡