Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Mənim İnsanıma Məktublar: Məktub 2: Bu yolun sonu aydınlıqdır

28 Avq 2024

Salam, Mənim İnsanım. Necəsən?

 

Bilirəm ki, həyatında heç nə dəyişmədiyi üçün ümidsiz və çarəsiz hiss edirsən. Həyatın və ən əsası sən özün öz ürəyincə deyilsən... Ümidsizlik qulaqlarına: 

"Sən heç zaman dəyişməyəcəksən"

"Həyatın belə gəlib, elə belə də gedəcək"

"Sən hər şey üçün artıq çox gecikmisən" pıçıldayır... 

O yalanlara qulaq vermə, eşidirsən? 

Sən, yəni keçmişdəki mən hələ bilmirsən ki, özün də bilmədən bir yol gedirsən- həyatının yeni mərhələsinə,  yeni Sənə aparan bir yol...

Bu yol ağrılı və uzundur.

Köhnə yaraların azmış kimi bu yolda yeni yaralar alacaqsan.

Bu yolda göz yaşı olacaq. 

Bu yol qaranlıq, soyuq və çox tənhadır. 

Çox qorxursan, bilirəm...

Bil ki, indi sən tam da olmalı olduğun yerdəsən. İndi hər şey tam da olmalı olduğu kimidir...

Sənə gələcəkdən şad xəbərim var, Mənim İnsanım:

 

Bu yolun sonu aydınlıqdır.

 

Gələcəkdəki sənə bir şans ver:

Səbirli ol♡

© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur