Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Ən möhkəm və ömürlük birgəlik özünüzlə qurduğunuz birlikdəlikdir

6 Apr 2026

Boşanmadan keçən və gündəmində boşanma olan insanların fərqli qorxuları olur. Kimi gələcək maddi sıxıntılardan, kimi uşaqlarının gələcəyindən, kimi insanların nə düşünəcəyindən, kimi qınanmaqdan qorxur...

Mənim boşanma zamanı əsas qorxum təklik qorxusu idi. Tək böyümüş biri olaraq yenə tək qalmaq mənim üçün ən dəhşətlisi idi. 
İçimdəki təklikdən qorxan uşaq mənə qorxulu nağıllar danışırdı:

"Sən tək qocalacaqsan, yanında heç kim olmayacaq, xəstələnəndə su verənin, kürəyinə sığal çəkənin olmayacaq" və sair, və ilaxır.

Evli ikən belə dəhşətli təklik içində olmağım boşanma qərarımı asanlaşdırdı.

Başlanğıcda təsəllini övladımda tapdım:


"Yox, Mən tək deyiləm, qızım var!" düşünürdüm. Bu düşüncə mənə bir müddət davam etməyə kömək etdi. 

Mən gücü və azadlığı özümlə rahat olub təkliyimdən zövq almağı öyrəndikdə qazandım!

Öyrəndim ki, ən möhkəm və ömürlük birgəlik özünüzlə qurduğunuz birlikdəlikdir.

İmanım gücləndikdən sonra isə öyrəndim ki, mən əslində heç vaxt tək olmamışam və olmayacam.

 

© 2026 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur