Boşanmanı geridə qoymağın 13 yolu
7 Okt 2024
Boşanma bir ailənin həyatını yerlə-yeksan edən itkidir və bu itkini mümkün qədər tez geridə qoya bilmək boşanmadan keçən hər bir insanın arzusudur. Sizə bunda kömək edəcək 13 addım:
1. Özünüzə əzab çəkmək və yas tutmaq üçün zaman verin:
Əsəbləşmək, qəzəblənmək və qeyri-müəyyənlik hissi yaşamaq normaldır. Evliliyiniz sona çatıb və xəyal etdiyiniz həyatı itirmisiniz. Bütün bunlara görə yas tutmaq üçün özünüzə zaman verin. Ağlayın, qışqırın, jurnal yazın. Lakin, özünüzə çox uzun müddət yasda qalmağa icazə verməyin. Hər həftə ağlamaq, rəfiqə və bacılarınıza şikayətlənmək, gündəlik və jurnal yazmaq üçün konkret zaman dilimi ayırın. Kədərinizin öhdəsindən tək gələ bilmədiyinizi görsəniz, terapevtdən və ya kouçdan kömək istəyin.
2. Özünüzə- qulluq şəfalanmanızı tezləşdirir. Bunun üçün özünüzə zaman ayırın, heç olmazsa, həftədə bir gün bir neçə saat sizi hüzurlu və xoşbəxt hiss etdirən şeylər edin. İdmana zaman yaradın.
3. Emosiyalarınızla əlaqədə qalın, onları müşahidə edin, onları yazın və qəbullanının. Özünüzlə üzləşin-necə hiss etməyinizə baxmayaraq varlığınızı inkar edə bilməzsiniz. İndi hiss etdiyiniz kimi hiss etmək normaldır.
4. Gündəlik həyatınızda minnətdar hiss etməyinizə səbəb olacaq təcrübələr axtarın, minnətdarlıq hissini yaşayın və minnətdarlığı sözlü şəkildə ifadə edin. Minnətdarlıq beyninizin strukturunda müsbət dəyişikliklər edir.
5. Strateji plan yaradın. Strateji plan hazırladığınız zaman və hansı istiqamətə getmək istədiyinizi bildiyiniz zaman maneələr və çətinliklərlə mübarizə aparmaq asanlaşır. Odur ki, boşanmadan sonra yeni həyatınızı planlayın, fokusunuzu keçmişdən gələcəyə yönləndirmək üçün sizi həyəcanlandıran, yeni hədəflər yaradın. Boşanma Kouçu sizə strateji plan yaratmaqda kömək edə bilər.
6. Qəbul edin ki, zaman şəfa gətirəcək və siz bu prosesdən günbəgün keçməlisiniz. Bunu sizin əvəzinizə heç kim etməyəcək.
7. Oxumaq, düşünmək, təhlil etmək, meditasiya etmək və şəxsi inkişaf üçün vaxt ayırın. Boşanma transformasiyanızın start düyməsi ola bilər.
8. Dəstək sisteminizi yaradın. Sizin kimi çətinlik çəkən, lakin böyüməkdə olan yeni insanlarla dostlaşın. Bu ərəfədə ətrafınızı diqqətlə seçin. Özünüzü yalnız sizə inan və sizə dəstək olan insanlarla əhatə edin. Dəstək sisteminə sahib olmaq daha sağlam boşanma təcrübəsinin açarıdır. Sizi ən yaxşı dostlarınız və ailəniz tanıyır. Onlar çətin anlarda söykənə biləcəyiniz çiyin ola bilərlər. Dəstək sisteminizə: hüquqşünasınız/vəkiliniz, terapevtiniz və boşanma kouçunuz kimi boşanma mütəxəssislərini daxil edin. Çünki, onlar sizə dostlarınızın və ailənizin sahib olmadıqları bilik, bacarıqları və ekspert perspektivini təklif edirlər. Ətrafınızda sizi dəstəkləyən insanların olması sizə bu çətin yolda tək olmadığınızı xatırladacaq və stressinizi və narahatlığınızı azaldacaq.
9. Keçmişi buraxmaqda qərarlı olun. Keçmişə görə özünüzü günahlandırmayın. Keçmiş həyat yoldaşınızla, onun dostları və ailəsi ilə əlaqəyə keçməyin. Bu gələcəyə irəliləmək hədəfinizə xidmət etmir. Keçmişi keçmişdə qoyaraq indiki anda yaşamağa başlayın.
10. Həyatın dəyişkən və qeyri-müəyyən olduğunu qəbullanın. Bu boşanmadan sonrakı həyatınıza harmoniya gətirəcək.
11. Boşandığınız və artıq subay olduğunuz faktını qəbul edin. Yeni münasibət qurma cəhdlərinə qarşı diqqətli olun.
12. Yaşadıqlarınızı təhlil etmək və baş çıxarmaq üçün terapiya alın, yaşadıqlarınızdan öyrənərək gələcəyə irəliləmək üçün kouçluq alın.
13. Güclü tərəflərinizi xatırlayın. Narahatlığın və qorxunun sizi girov saxlamasına imkan verməyin. Çox güman ki, həyatınız boyunca başqa çətin anlar yaşamısınız. O anları xatırlayın. Başqa stresli vəziyyətlərdən keçdiyinizi xatırlamaq, sizə hazırda qarşılaşdığınız çətinliklərin öhdəsindən gəlməyə güc verəcək.
İnanın ki, keçdiyiniz bu çətin yolun sonunda sizi daha xoşbəxt həyat gözləyir.