Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Boşanma səbəbləri hansılardır? İnsanlar niyə boşanır?

7 Fev, 2024

Boşanmalar çoxalır. Bu vəziyyətdə cəmiyyəti düşündürən əsas suallardan biri boşanmaya aparan səbəblərin hansılar olmasıdır: 

Boşanmaya aparan səbəblər:

  • Ünsiyyət problemləri(Doğru mübahisə etməyi və doğru barışmağı bacarmamaq)
  • 3-cü tərəflərin təsiri
  • Partnyoru olduğu kimi qəbullana bilməmək, dəyişməyə çalışmaq
  • Hədsiz gözləntilər
  • İntim uyğunsuzluq
  • Xarakter fərqlilikləri
  • Zorakılıq
  • Maddi problemlər
  • Hisslərin keçməsi, emosional uzaqlaşma
  • Həyat və ailə vizyonlarının üst-üstə düşməməsi, bir komanda olmağı bacarmamaq, birlikdəlik barədə fikirayrılığı 
  • Mənəvi və maddi dəstəyin olmaması
  • Gözdəndüşmə
  • Sürətli çözüm yolu axtarmaq; münasibətdəki problemlərin üzərində işləmək istəməmək
  • Pis vərdişlər və asılılıqlar

 

Evliliklə bağlı bir çox miflər mövcuddur. Bu miflərdən biri boşanmaya əsasən xəyanətlərin səbəb olmasıdır. Dünya statistikası göstərir ki, evlilikdən kənar münasibət-xəyanət boşanmaların yalnız 25%-30%-nə səbəb olur. Azərbaycanda isə bu faiz göstəricisi cəmi 16%-dir.

Evliliklərin 50%-nin boşanma ilə nəticləndiyi ABŞ-da ünsiyyət problemləri 67.5% halda əsas boşanma səbəbi olaraq göstərilir. Təcrübəm göstərir ki, Azərbaycanda əsas boşanma səbəbi zorakılıqdır.

Dünya üzrə boşanma səbəbləri araşdırılan ən güvəniləbilir mənbə 1992-ci ildə Lin Qiqi və Con Keli tərəfindən "Kaliforniya boşanma mediasiyası" layihəsi çərçivəsində nəşr olunmuş elmi araşdırmadır. Bu araşdırmaya görə 80% kişi və qadın iştirakçı boşanma üçün əsas səbəb kimi tərəflərin tədricən bir-birindən uzaqlaşmasını, yaxınlıq hissinin itməsini, sevildiyini, dəyər verildiyini və hörmət olunduğunu hiss etməməsini göstərmişdir. Xəyanət boşanma üçün səbəb olaraq yalnız 20-27% sorğu iştirakçısı təfindən göstərilmişdir. Şiddətli və sıx davalar 35% kişi, 44% qadın iştirakçı tərəfindən boşanma səbəbi kimi göstərilmişdir. Qısacası, birlikdə ikən bir-birindən uzaqlaşmaq, fərqli istiqamətlərdə böyümək, doğru ünsiyyət qura bilməmək və ailədə zorakılıq xəyanətdən daha böyük diqqət tələb edən boşanma səbəbləridir.

 

© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur