Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Boşanma alovun üzərindən ayaqyalın keçməyə bənzəyir

14 Sen 2021
Mən ayrılmaq qərarı almış qadınlara kömək edirəm.
Niyə?
Çünki, illər öncə boşanma qərarı alıb az yaşlı qızım və heç də az olmayan əşyalarımla atamın evinə qayıdanda evdəki gərginlik hələ də yadımdadır...
Birgə işlədiyim xanımların aşağı-yuxarı hamısında bənzər səhnələrin şahidi oluram.
Ata ürəyini tutub divanın bir küncünə, ana isə yüksək təzyiqlə digər küncünə yıxılıb..
və əşyalar...
parçalanmış qəlbimizin tikələri tək hər tərəfə səpələnmiş əşyalar..
Evdəki gərginlikdən dərhal kirayə ev axtarıb çıxmalı olmuşdum.
Tək qalmışdım..
Bir çox mühafizəkar Azərbaycan ailələrində olduğu kimi ailəm boşanmağımda mənə dəstək olmamışdı.
Ərizə verməyə tək getdiyim, sonradan vəkilin yaxşı biri çıxmaması, təzyiqə məruz qalıb hər dəfə ərizəni geri çəkib yenidən verəndə məni soyması- sayəmdə sərvət qazanması.. babam yaşında olmasına rəğmən sataşması, bütün prosesdən tək keçməyim... verdiyim maddi-mənəvi itkilər...
və ardından gələn depresiya...
İndi mən mümkün qədər çox qadının bu prosesi məndən daha rahat keçməsinə kömək etmək üçün çalışıram.
Psixoloji və mənəvi təzyiq görən(hətta bəzi hallarda fiziki şiddət) ayrılmaq istəyən, lakin qərarsızlıq yaşayan, onsuz da yorğun insan özünü eşidə biləcəyi sakit, hüzurlu bir liman axtarır.
O ətraf səslərin gurluğundan öz daxili səsinə artıq kardır... Onun keçmişi keçmişdə qoyub gələcəyə fokuslanmasına kömək edəcək birinə ehtiyacı var!
Əgər ayrılmaq qərarı almısınızsa, özünüzü təklənmiş hiss edirsinizsə, gələcək sizi qorxudursa, Siz bu ağrılı prosesdən mənim kimi tək keçməli deyilsiniz...
Sizə kömək edə bilərəm.
Boşanma çox zaman alovun üzərindən ayaqyalın keçməyə bənzəyir. Siz yanmağı gözə almısınızsa, o alovdan sizinlə birgə keçməyə hazıram.
© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur