BOŞANMA KOUÇİNQİ
Tədqiqatlar göstərir ki, çətin anlarda adekvat dəstəyin alınması hadisə baş verdikdən sonra uzun sürən travma ehtimalını xeyli azaldır. (CDC Divorce Coaching Program)
Münasibət kouçinqinin bir qolu olan Boşanma Kouçinqi boşanmadan keçən insanlara öz maraqları, ehtiyacları və narahatlıqları əsasında gələcəkləri ilə bağlı mümkün ən yaxşı qərarları qəbul etmələrinə kömək etmək, onlara dəstək olmaq, motivasiya etmək və istiqamətləndirmək üçün nəzərdə tutulmuş çevik, məqsədyönlü dəstək növüdür. 2013-cü ildə Münaqişələrin Həlli Assosiasiyası Boşanma Kouçinqini mübahisələrin həlli proseslərinin siyahısına daxil etmişdir.
Boşanma Kouçu sizə necə kömək edə bilər?
Boşanma Kouçu boşanma zamanı və sonrasında Sizə:
- Daha yaxşı qərarlar qəbul etməyə
- Boşanmadan sonra bərpa prosesini sürətləndirməyə
- Mənfi emosiyaları, stress və narahatlığı azaltmağa
- Keçmiş həyat yoldaşınızla anlaşmağa, onunla və qohumları ilə münaqişəni idarə etməyə
- Depressiyanın qarşısını almağa
- Ürək qırıqlığını aradan qaldırmağa
- Boşanma prosesindən daha rahat, stressiz və tənhalıq hissi keçirmədən keçməyə
- Uşaqlarınız üçün keçmiş partnyorunuzla birgə valideynlik etməyə
- Keçmişinizi buraxmağa və irəliləməyə
- Sizi həyəcanlandıran gələcək yaratmağa kömək edəcək.
Ayrılıq zamanı, boşanma prosessində və ya boşanma sonrasında sizə dəstək olması üçün Kama ilə danışın.
Bizimlə əməkdaşlıq