Təsisçimiz Kama Ahmad

Kama Ahmad 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetini İngilis dili bakalavr və Dilşünaslıq magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə iş həyatına başlayan Kama Ahmad sonradan bir sıra yerli və xarici şirkətlərdə İnzibati və İnsan resursları şöbələrində çalışmış, rəhbər vəzifələrə qədər yüksəlmişdir. 14 illik korporativ, ümumilikdə isə 20 illik təcrübəyə malikdir. Hal-hazırda Kama Ahmad Coaching and Motivational Speaking MMC-nin təsisçi direktorudur.

Kama Ahmad Azərbaycana boşanma kouçluğu sahəsini gətirən ilk və yeganə beynəlxalq təhsilli mütəxəssisdir. O, dünyanın ən nüfuzlu kouçluq məktəblərində təhsil almış və geniş təcrübə qazanmışdır. Kama Ahmadın təhsili və praktik təcrübəsi ona müştərilərinə yüksək səviyyədə, etibarlı və peşəkar xidmət göstərmək imkanını verir.

Təsisçimiz Kama Ahmad
Təsisçimiz Kama Ahmad

Kama Ahmadın Təhsili

  • World Coach Institute (WCI) – Kama Ahmad WCI-nin Sertifikatlı Peşəkar Kouç (Certified Professional Coach - CPC) proqramını uğurla tamamlamışdır. Bu proqram ACTP (Accredited Coach Training Program) olaraq tanınır və kouçluq sahəsində ən yüksək beynəlxalq standartları təqdim edir. Ayrıca WCI-da Certified Relationship Coach (CRC) seqment təshilini alaraq Münasibətlər üzrə Kouç olaraq da ixtisaslaşmışdır. World Coach Institute kouçluq təhsili üzrə dünyanın ən prestijli təşkilatlarından biridir.

  • CDC College for Divorce Coaching – Kama Ahmad CDC® Sertifikatlı Boşanma Kouçu (Certified Divorce Coach®) proqramını tamamlayaraq boşanma kouçluğu sahəsində peşəkar səviyyəyə yüksəlmişdir. CDC® boşanma kouçluğu sahəsindəki ən yüksək peşəkar standartları təmsil edir və ABŞ, Kanada, Böyük BritaniyaAvstraliya kimi ölkələrdə dövlət tərəfindən tanınan bir proqramdır. Kama Ahmad CDC College-də boşanma prosesində olan insanlara dəstək və bərpa strategiyalarını öyrənmişdir.

  • Relationship Coaching Institute (RCI) – Kama Ahmad dünyanın ən böyük və ən nüfuzlu Münasibət Kouçluğu məktəbi olan Relationship Coaching Institute-da təhsil almışdır. Bu institutda Subayların Münasibət Kouçu (Certified Relationship Coach for Singles - CRCS)Cütlüklərin Münasibət Kouçu (Certified Relationship Coach for Couples - CRCC) proqramlarını uğurla bitirərək Münasibətlər sahəsində dərin biliklər və bacarıqlar əldə etmişdir. RCI Münasibət Kouçluğu üzrə ən geniş təhsil proqramlarını təklif edən lider təşkilatdır.

  • ICF Professional Certified Coach® (PCC) – Kama Ahmad həmçinin Beynəlxalq Kouçinq Federasiyası (ICF) tərəfindən akkreditasiya olunmuş Professional Certified Coach® (PCC) dərəcəsini almışdır. Bu dərəcə yalnız ən yüksək kouçluq təcrübəsinə və etik standartlara sahib olan peşəkarlara verilir və Kama Ahmadın etibarlılığını və müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini bir daha təsdiqləyir.

2019-cu ildən bəri peşəkar kouç kimi fəaliyyət göstərən Kama Ahmad, boşanma və münasibət problemləri ilə qarşılaşan insanlara öz həyatlarını yaxşılaşdırmaq və müsbət dəyişikliklər etmək üçün ilham verir. Xüsusilə qadınlarla işdə ixtisaslaşan Kama Ahmad müştərilərinə həyatlarında həqiqi və davamlı dəyişikliklər yaratmaqda kömək edir.​

Missiyamız sizin şəxsi və peşəkar həyatda uğurunuzdur.

Məqsədimiz İnsanlara həyatlarında görmək istədikləri mənalı dəyişiklikləri etməyə, potenasiallarını tam reallaşdırmağa, ən yaxşı kimliklərini təyin etməyə və çətin həyati vəziyyətlərdə bu kimliyə sadiq qalmağa kömək etməkdir. Biz inanırıq ki, doğru peşəkar dəstəklə dəyişim də, münasibətlər də daha rahat ola bilər.

Vizyonumuz müştərilərin güvənərək seçdiyi daim inkişaf edən nömrə 1 Kouçinq və Motivasiya şirkəti olmaqdır. Biz müsbət dəyişikliklər zəncirinin əsas halqası olmağı hədəfləmişik!

Güvən, Dürüstlük, Peşəkarlıq, Konfidensiallıq, Münasibətlər, İnkişaf  

Kouçinq Nədir?

ICF kouçinqi müştərilərlə onların şəxsi və peşəkar potensiallarını maksimum dərəcədə artırmaq üçün ruhlandıran, düşündürücü və yaradıcı prosesdə tərəfdaşlıq kimi müəyyən edir. Kouçinq prosesi əvvəllər istifadə olunmamış təxəyyül, məhsuldarlıq və liderlik mənbələrini üzə çıxarır. Ətraflı

Hamımızın nail olmaq istədiyimiz məqsədləri, öhdəsindən gəlməyə çalışdığımız çətinliklər və ilişib qaldığımız zamanlar olur. Kouç ilə əməkdaşlıq həyatınızı dəyişə bilər, sizin daha çox şəxsi və peşəkar reallaşmağınızla nəticələnə bilər. Kouçinq fəlsəfəsinə əsasən hər bir insan arzu etdiyi şəxs olmağa, istədiyini etməyə və istədiyinə nail olmağa qadirdir.

Biz indiyə kimi 600-ə yaxın insana fərqli hədəflərinə çatmağa kömək etmişik.

Kouçinq Nədir?

Kamanın Kvalifikasiyası

🏆 Certified Professional Coach World Coach Institute 🏆 Certified Master Relationship Coach World Coach Institute 🏆 Certified Bereavement Coach World Coach Institute 🏆CDC Certified Divorce Coach CDC College for Divorce Coaching® 🏆 Associate Certified Coach ICF 🏆 Singles Relationship Coach Relationship Coaching Institute 🏆 Couples Relationship Coach Relationship Coaching Institute