Salam, Mənim insanım
Necəsən?
Bilirəm ki, həyatının olduğun mərhələsində ilişib qalmısan və bu ilişib qalmışlıq hissi səni çox incidir.
Bilirsən, Mənim insanım
Sən irəliləyə bilmirsən, çünki sən keçmişi qəbullanıb buraxa bilmirsən...
Bu keçmişdə çoxlu səhvlər var; sənə qarşı edilən və sənin buraxdığın səhvlər…
Mənim insanım, sən əslində bu səhvləri qəbullana bilmirsən. Onlara görə həm özünü, sonra isə başqalarını bağışlaya bilmirsən...
Sən keçmişdəki Mən olduğun üçün Sənə yenə gələcəkdən bir xəbərlə gəlmişəm:
Sən özünü bağışladıqdan sonra irəliləyəcəksən.
Keçmişə görə özünü bağışla, Mənim İnsanım.
Robotun belə səhv etdiyi həyatda sən sonunda insansan. Səhvlərindən öyrəyənəcək və səhv edə-edə böyüyəcəksən.
Bağışla ki, irəliləyə biləsən♡