İŞÇİLƏRİNİZ ÜÇÜN BOŞANMA DƏSTƏYİ
Boşanma sevdiyimiz insanın ölümündən sonra yaşaya biləcəyimiz 2-ci ən stressli həyat hadisəsi hesab olunur. Boşanma itkidir, boşanan insan itki yaşayır və kədərin 5 mərhələsindən keçir. Ona bu itkini yaşamağa və qəbullanmağa zaman lazımdır. Bu zaman işəgötürənin də üzərinə müəyyən məsuliyyət düşür.
Biz boşanmadan keçən işçilərinizə emosional dəstək və praktiki vasitələr təqdim edirik. Boşanmanın təsirlərini başa düşmək rəhbərlərə və insan resursları mütəxəssislərinə boşanma ilə üzləşən heyətə daha yaxşı dəstək olmağa kömək edəcək. Kouçinq məhsuldarlığın itirilməsinin qarşısını almağa kömək edəcək və tez-tez səhv anlaşılan qəm reaksiyaları və konsentrasiya itkisi ilə bağlı fərqindəlik yaradacaq.
Boşanma sizin Biznesinizə necə təsir edir?
Minneapolisdə yerləşən Life Innovations-ın araşdırmasına görə, münasibətlərlə bağlı problemlərdən yaranan stress şirkətlərə ildə 300 milyard dollara başa gəlir. Eyni araşdırma yeniboşanmış bir işçinin bir ildə 4 həftədən çox iş itirə biləcəyini göstərib. Boşanma işçi məhsuldarlığına bir çox yolla təsir edir ki, bu da həm işçi, həm də işəgötürən üçün gəlir itkisi ilə nəticələnir. Harvard Business Review boşanmanın müəssisələrə və iş yerinə təsirinin müxtəlif yollarını araşdırmış və boşanmaların bizneslərə illik olaraq 150 milyard dollara başa gəldiyini aşkar etmişdir.
Boşanma Sizin ulduz işçilərinizə necə təsir edir?
Diqqətin yayınması və konsentrasiyanın azalması
Zəif qərarlar qəbul etmək
Səhvlərin və iş qəzalarının artması
Narahatlıq, qəzəb, tənhalıq hissi və yorğunluq işdə əməkdaşlarınızın mühakimələrini bulandırır və məhsuldarlığın aşağı düşməsinə səbəb olur
Aşağı sağlamlıq səviyyəsi-işdən yayınma hallarının artması
Aşağı iş performansı və işdə daha neqativ əhval-ruhiyyə
Unutqanlıq və yaddaş problemləri
Boşanan işçilər çox vaxt işə gecikirlər
Boşanma Kouçu nədə kömək edir?
Mütəxəssis dəstəyimiz əməkdaşlarınıza boşanma ilə daha yaxşı mübarizə aparmağa kömək etmək üçün nəzərdə tutulmuşdur. Biz ayrılıqdan sonra emosional dəstək, eləcə də əməkdaşlarınızın boşanmadan sonra üzləşdiyi praktiki çətinliklər üzrə ixtisaslaşırıq.
Biz işçilərinizə necə kömək edə bilərik:
- Stress, narahatlıq və depressiyanı azaltmaq
- Tək valideyn olmağın təsirini azaltmaq
- Performans səviyyələrini qorumaq
- Təhlükəli münaqişəni idarə etmək
- Daha yaxşı qərarlar qəbul etmələrinə kömək etmək
- Toksik keçmiş partnyorla anlaşmaq
- Boşanma prosesinə sərf olunan vaxtı azaltmaq
- Boşanmadan sonra bərpa prosesini sürətləndirmək
Niyə biznesinizin boşanma dəstəyinə ehtiyacı var?
Biz işçilərinizin unikal vəziyyətlərini dinləyirik və onlara vəziyyətlərinin öhdəsindən daha yaxşı gəlmək üçün kömək edirik. Elə ilk sessiyadan sürətli transformasiya yaratmaq üçün nəzərdə tutulmuş geniş peşəkar alətlərə və üsullara malikik.
Boşanma Kouçu əməkdaşlarınıza emosiyalarına daha çox nəzarət etməkdə kömək edə və onlara məhsuldarlığı, düşüncə aydınlığını və diqqəti qorumaq üçün effektiv üsullar təqdim edə bilər. Boşanma prosesində onlarla birlikdə hərəkət edərkən, işçilər özlərini tənha hiss etmirlər, onlar dəstək gördüklərini hiss edirlər, bu da onlara prosesdən daha rahat keçməyə və daha tez bərpa olmağa kömək edir. Boşanma Kouçuyla təhlükəsiz, məxfi və etibarlı bir mühitdə onları narahat edən sualların müzakirəsi və birgə cavabların tapılması onların işə daha rahat konsentrasiya olmasına kömək edir.
İşəgötürənlər boşanma zamanı işçilərini lazımi mütəxəssis dəstəyi ilə təmin edərlərsə, bu, boşanmanın biznesə mənfi təsirləri kəskin şəkildə azaldacaq. Bizim dəstəyimizlə işçilər nəinki boşanmanı daha rahat keçirə, həm də inkişaf etməyə davam edə biləcəklər. Dəstəyimiz məhsuldarlığı qorumağa kömək edir, işdən yayınmanı azaldır və həmçinin işçilər onlara qayğı göstərildiyini hiss etdikcə onların loyallıq səviyyəsi yüksəlir.
İşçilərinin yanında olan və ən çətin anlarında onlara dəstək olan bir şirkət onun uzunmüddətli böyüməsinə sərmayə qoyan sadiq və yüksək motivasiyalı işçilər yetişdirir.
Bizimlə əməkdaşlıq